FACİƏ QURBANLARININ XATİRƏSİNƏ EHSAN VERİLƏCƏK
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bir il əvvəl Moskvadakı Basman bazarında dam örtüyünün çökməsi nəticəsində əksəriyyəti gəncəli olan 47 soydaşımız həlak olmuşdur.
Ümumrusiya Azərbaycan Konqresi icra aparatının direktoru Eldar Quliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Azərbaycan diasporu faciə yerinə əklilqoyma mərasimində iştirak etmişdir. Bundan əlavə, milli adətimizə görə ehsan veriləcəkdir. E.Quliyev demişdir ki, Gəncə İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Konqresə gəncəlilər adından məktub göndərmişdir. Məktubda deyilir ki, 2006-cı il fevralın 23-ü xalqımızın tarixinin ağrılı səhifələrindəndir. Həmvətənlərimizin faciəli ölümü hamımızı kədərləndirir. Məktubda həmvətənlərimizin cənazələrinin Vətənə gətirilib adət-ənənələrimizə uyğun dəfn edilməsi, onların doğmalarına və yaxınlarına yardım olunması üçün Prezident İlham Əliyevin bilavasitə tapşırığı ilə görülmüş tədbirlər xüsusi vurğulanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]