Filippinin cənubunda güclü zəlzələ baş verib
Bakı, 17 noyabr, AZƏRTAC
Bu gün səhər Filippinin cənubunda 6,7 bal gücündə zəlzələ baş verib. Yerli hakimiyyət orqanları mümkün dağıntılar barədə xəbərdarlıq edib. Sunami barədə xəbərdarlıq olmayıb.
AZƏRTAC ABŞ Geoloji xidmətinin (USGS) məlumatına istinadla xəbər verir ki, yeraltı təkanların episentri Mindanao adasında, Şərqi Davao əyalətində yerləşən, əhalisi təxminən 679 min nəfər olan General-Santos şəhərindən 60 kilometr cənubda yerləşib. Zəlzələ ocağı 78 kilometr dərinlikdə olub.
Okean ətrafında seysmik qırılmalar qövsündə, Sakit Okeanın “Od halqasında” yerləşdiyinə görə Filippində mütəmadi olaraq zəlzələlər və vulkan püskürmələri baş verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:33]
Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır
- 05.10.2026 [14:20]
Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır
- 05.10.2026 [14:16]
Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər
- 05.10.2026 [13:26]
Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib
- 05.10.2026 [13:16]