Fransanın “TV5Monde” telekanalında Azərbaycanın turizm potensialını əks etdirən film nümayiş olunacaqdır
Bakı, 27 fevral (AZƏRTAC). Belçikada fəaliyyət göstərən "UNİCAP Television" şirkəti tərəfindən ölkəmizin turizm potensialını əks etdirən 13 dəqiqəlik film hazırlanmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, filmdə Azərbaycana gəlmək istəyən əcnəbi vətəndaşlara ölkəmizin turizm infrastrukturu, mətbəxi, əl sənətkarlığı və turizm bölgələri haqqında dolğun məlumat verilir. Həmçinin filmdə Novruz bayramının Azərbaycanda təmtəraqlı şəkildə qeyd olunması xüsusilə vurğulanmışdır.
Filmin fevralın 27-də, martın 11-12 və 26-da Fransanın məşhur "TV5Monde" telekanalında nümayiş etdirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]