Gənc basketbolçuların Çempionlar Liqası yarışına Türkiyə ev sahibliyi edəcək
Bakı, 18 yanvar, AZƏRTAC
Beynəlxalq Basketbol Federasiyası 18 yaşadək oyunçular arasında Çempionlar Liqası yarışının keçirilməsi barədə qərar qəbul edib.
AZƏRTAC federasiyaya istinadla xəbər verir ki, turnirdə Çempionlar Liqasında mübarizə aparan 10 klubun gənclərdən ibarət komandası mübarizə aparacaq.
İlk turnirə Türkiyənin “Tofaş” komandası ev sahibliyi edəcək. Bursada keçiriləcək yarışın final oyunu aprelin 15-də təşkil olunacaq.
Turnirdə “Tofaş” ilə yanaşı, “Bney Qertsliya” (İsrail), “Nimburq” (Çexiya), “Ostende” (Belçika), “Hapoel Yerusəlim” (İsrail), “İqokea” (Bosniya və Herseqovina), “Tenerife” (İspaniya), “Lyudviqsburq” (Almaniya), “Ritas” (Litva) və “Mursiya” (İspaniya) komandaları da birincilik uğrunda mübarizə aparacaqlar.
Yarışın püşkatma mərasimi fevralda keçiriləcək və komandalar iki qrupa bölünəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]