GƏNCLƏR ARASINDA II ƏNƏNƏVİ GÜLƏŞ TURNİRİ BAŞA ÇATMIŞDIR
Bakının Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına təlim-idman bazasında 1987-1989-cu il təvəllüdlü gənclər arasında yunan-Roma güləşi üzrə SSRİ idman ustası, “Dostluq” kubokunun qalibi Elçin Tarıverdiyevin xatirəsinə həsr olunmuş II ənənəvi güləş turniri keçirilmişdir. Turnirdə paytaxtın “Neftçi”, “Dinamo”, MOİK, “Təhsil”, “Gömrükçü” və “Xəzər” komandaları ilə yanaşı, Əli-Bayramlı, Hacıqabul, Cəlilabad və Kürdəmir pəhləvanları 8 çəki dərəcəsində mübarizə aparmışlar.
ARDNŞ-dən AZƏRTAC-a bildirmişlər ki, “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin güləşçiləri komanda hesabında 1-ci yerə çıxmışlar. İdmançılar “Neftçi” İSM-in qiymətli xatirə hədiyyələri, diplom və medalları ilə təltif olunmuşlar. Bundan başqa mərhum idmançının vaxtilə güləşdiyi 55 kq çəki dərəcəsi üzrə qalib gələn Murad Hüseynov və Əli-Bayramlı şəhərinin təmsilçisi, turnir sahibi ilə eyni ad və soyadı daşıyan Elçin Tarıverdiyev xüsusi hədiyyə ilə mükafatlandırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:05]
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]