GÜRCÜSTANDAKI AZƏRBAYCAN MƏKTƏBLƏRİNDƏ GÜRCÜ DİLİ KURSLARININ AÇILMASI GƏLƏN İL BAŞA ÇATDIRILACAQDIR
Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov AZƏRTAC-a bildirmişdir ki, cari ildə Gürcüstanda fəaliyyət göstərən 124 Azərbaycan məktəbinin 50-də “Gürcü dili” kursları açılmışdır. 2009-cu ilin əvvəlində digər Azərbaycan məktəblərində də gürcü dili kurslarının açılması başa çatdırılacaqdır.
Dövlət Komitəsinin dəstəyi ilə gürcü dilinin tədrisi üçün hər biri 2000 nüsxə olmaqla “Gürcü dilini öyrənənlər üçün dərslik”, “Gürcücə-Azərbaycanca danışıq lüğəti”, “Gürcü dilinin qrammatikası” kitabları, həmçinin gürcü dilinin qrammatikasına dair 300 dəst cədvəl hazırlanaraq Azərbaycan dilli məktəblərə və gürcü dili kurslarına təqdim edilmişdir.
Yaxın vaxtlarda 20 min sözdən ibarət iki cildlik “Azərbaycanca-Gürcücə” lüğət nəşr ediləcəkdir.
Gürcüstanda Azərbaycan dilində nəşr edilən mətbu orqanların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə də başlanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]