Həştərxan məktəbində Azərbaycan Respublikası Günü keçirilmişdir
Bakı, 13 aprel (AZƏRTAC). Həştərxandakı 31 nömrəli ümumtəhsil məktəbində müəllimlərin və şagirdlərin iştirakı ilə Azərbaycan Respublikası Günü keçirilmişdir.
Ümumrusiya Azərbaycanlıları Konqresinin regional şöbəsinin sədri Ədalət Hüseynov Azərbaycan haqqında, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və dövlət fəaliyyəti, onun anadan olmasının 90 illiyi münasibətilə keçirilən tədbirlər haqqında ətraflı danışmışdır.
AZƏRTAC xəbər verir ki, görüşün sonunda Azərbaycana dair sənədli film və məktəblilərin rəsm sərgisi nümayiş etdirilmişdir.
Görüş iştirakçıları məktəbin şagirdləri və pedaqoji kollektivi tərəfindən hazırlanmış konsertə böyük məmnuniyyətlə baxmışlar.