Hyuston azərbaycanlıları yəhudi icması ilə həmrəylik əlaməti olaraq “Kəpənək” layihəsində iştirak etmişlər
Hyuston, 16 aprel (AZƏRTAC). Hyuston şəhərinin Holokost muzeyi tərəfindən keçirilən “Kəpənək” layihəsi çərçivəsində aprelin 13-də Azərbaycan Mədəniyyət Mərkəzində tədbir olmuşdur. Bu il Hyuston şəhərindəki Holokost muzeyi “Kəpənək” adlı layihə elan etmişdir. Məqsəd İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasının həbs düşərgələrində həlak olmuş 1,5 milyon uşağın xatirəsini yad etmək üçün kağızda və başqa formatlarda çəkilmiş milyon yarım kəpənək toplamaq olmuşdur. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası tərəfindən təşkil edilmiş tədbir zamanı Hyuston azərbaycanlıları şəhərin Azərbaycan Mərkəzində toplaşmış və təşkilatın art-direktoru Səidə Faqalanın rəhbərliyi altında kəpənəklərdən bədii kompozisiyalar tərtib edərək onları Holokost muzeyinə vermişlər. Əsasən Hyustonda yaşayan azərbaycanlı uşaqlar tərəfindən çəkilmiş əl işləri arasında kağız kəpənəklərin qanadlarında Azərbaycan və Texas bayraqları çəkilmiş təsvirlər də olmuşdur. Bu tədbirlə Hyustonun azərbaycanlı ailələri və icması İkinci Dünya müharibəsində böyük faciənin qurbanı olmuş yəhudi xalqı ilə həmrəylik ifadə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]