Hyustonda Azərbaycan dili Bazar günü məktəbinin ilk buraxılışı olmuşdur
Hyuston, 30 may (AZƏRTAC). Hyustonda Azərbaycan dili Bazar günü məktəbinin buraxılışı olmuşdur. Tədbirin əvvəlində məktəblilər Azərbaycan Respublikasının Dövlət Himnini oxumuşlar.
Sonra məktəbin Azərbaycan dili müəllimi Mirqələm Miriyev və bədii incəsənət müəlliməsi Pərvinə Əliyeva çıxış etmişdir. Onlar uşaqları bazar günü məktəbinin ilk buraxılışı münasibəti ilə təbrik edərək, yay tətili günlərində yaxşı istirahət arzulamışlar.
Məktəb proqramının direktoru, Azərbaycan-Amerika Mədəni Alyansının nümayəndəsi Eldəniz Mirzəyev proqramın iştirakçılarına həmin məktəbdə birinci dərs ilini başa vurmalarını təsdiqləyən sertifikatlar təqdim etmişdir.
Təşkilatın nümayəndələri uşaqları və onların valideynlərini həm də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 95-ci ildönümü münasibəti ilə təbrik etmişlər.
Yusif Babanlı
Hyuston
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]