Hyustonda Novruz bayramına həsr olunmuş festival keçirilmişdir
Vaşinqton, 27 mart (AZƏRTAC). Martın 22-23-də Hyustonda Novruz bayramına həsr olunmuş festival keçirilmişdir. Şənlikdə Azərbaycan-Amerika Mədəniyyət Alyansı (AAMA) və 6 türkdilli ölkəni təmsil edən təşkilatlar iştirak etmişlər.
Festivaldan əvvəl türkdilli ölkələrin təmsilçilərinin iştirakı ilə futbol turniri keçirilmişdir. Turnirdə Hyustondakı Azərbaycan icmasının iki komandası - “Azərbaycan” və “Qarabağ” iştirak etmişdir.
Festivalda Azərbaycanı AAMA-nın üzvləri təmsil etmişlər. Mərkəzi səhnədə Hyustonda AAMA nəzdində Azərbaycan məktəbi şagirdlərinin iştirakı ilə Novruz şənliyinə həsr olunmuş nağıl-tamaşa göstərilmişdir.
İkigünlük festivalda 4 mindən çox qonaq iştirak etmişdir.
Yusif Babanlı
Vaşinqton