“İçərişəhər” Muzey Mərkəzi “Gümüş könüllülər” adlı sosial layihəyə başlayıb
Bakı, 12 mart, AZƏRTAC
“İçərişəhər” Muzey Mərkəzi “Könüllülər ili” ilə əlaqədar əhəmiyyətli mədəniyyət abidələrini, tarixi yerləri qorumaq və sənədləşdirmək üçün həvəsli təqaüdçü qruplar tərəfindən tədqiqat və maarifləndirici işlərin təşkili üçün “Gümüş könüllülər” adlı sosial layihəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, layihə yaşlı insanların könüllü xidmət göstərmələrinə və xeyriyyəçilik proqramlarına cəlb olunmalarına imkan yaradacaq.
Layihə İçərişəhər ərazisində və Qala qoruğunda tətbiq olunacaq.
“İçərişəhər” Muzey Mərkəzinin fond saxlanc yerlərində məsləhətçi işlərinin aparılması və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerli əhəmiyyətli mədəniyyət abidələrinin, dəfn və müqəddəs yerlərin bərpası, toplanmış materialların sənədləşdirilməsi, yerli adət-ənənələrin və sənətkarlıq nümunələrinin (dulusçuluq, dəmirçilik, xalçaçılıq və milli mətbəx) nəsildən-nəslə ötürülməsi və qorunub saxlanılması könüllülər tərəfindən təşviq ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
- 15.10.2026 [12:41]
QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir
- 15.10.2026 [12:20]