“İqtisadi məsələlərə qeyri-səlis yanaşma” - elmi seminar
Bakı, 6 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasının təşkilatçılığı ilə “İqtisadi məsələlərə qeyri-səlis yanaşma” mövzusunda elmi seminar olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Seminarda İqtisadi kibernetika kafedrasının dosenti Reyhan Şıxlinskaya mövzu üzrə məruzə edib. Məruzəçi Lütfi-Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin müxtəlif elm sahələrinin inkişafında dərin izlər qoyduğunu və yeni yanaşma üsulları meydana gətirdiyini deyib. O, nəzəriyyənin intellektual texnologiyaların inkişafına güclü təsir göstərdiyini, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.
Qeyd edilib ki, qeyri-səlis iqtisadiyyatın müstəqil elm sahəsi kimi inkişaf yolları 1970-ci illərdən müəyyənləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:49]
Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib
- 15.10.2026 [15:42]
BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
- 15.10.2026 [14:50]
Kollec tələbələri Keşikçidağ Kurqanlar Vadisini ziyarət ediblər
- 15.10.2026 [14:42]