İşlədiyi evlərdə dostu ilə birgə oğurluq edən usta saxlanılıb
Xırdalan, 11 mart, AZƏRTAC
Abşeron rayonunda işlədiyi evlərdə dostu ilə birgə oğurluq edən usta saxlanılıb. Hadisə rayonun Fatmayı kəndində baş verib.
Rayon Polis İdarəsindən AZƏRTAC-a bildirilib ki, kənddə yeni tikilən evlərdən oğurluq edilməsi barədə Mehdiabad polis bölməsinə məlumat daxil olub. Araşdırma zamanı həmin evlərdən birində usta işləyən, 39 yaşlı Məmməd Əliyev və onun dostu, 36 yaşlı Natiq Şükürov saxlanılıb. Onlar 5 mənzildən müxtəlif tikinti materialları oğurladıqlarını etiraf ediblər. Saxlanılan şəxslər əvvəlcə oğurladıqları tikinti materiallarını Natiq Şükürovun mənzilinə gətirib, sonra satışını həyata keçiriblər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:43]
Naxçıvan idmançıları ölkə birinciliyində 27 medal qazanıblar
- 18.06.2026 [17:40]
Neftçalada Xəzər dənizinə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
- 18.06.2026 [17:33]
GDU-da keçirilən bilik yarışında “Elm yolçuları” birinci oldu
- 18.06.2026 [16:55]