İSPANİYADA YENİ DİASPOR TƏŞKİLATI YARADILMIŞDIR
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İspaniyanın Valensiya şəhərində “Elmira” Azərbaycan-İspan Qardaşlıq Cəmiyyəti yaradılmışdır.
Təşkilat Valensiya şəhərinin qubernatorluğunda rəsmi qeydiyyata alınmışdır. Yeni diaspor təşkilatının rəhbəri Gülnarə Xanbabayevadır.
Soydaşlarımız cəmiyyətin təqdimatı ilə birlikdə 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik gününü qeyd etmişlər. Bildirilmişdir ki, cəmiyyətin məqsədi Azərbaycanı İspaniyada tanıtmaq, ispan və Azərbaycan xalqları arasında əlaqələri möhkəmləndirməkdir. Qurumun nəzdində bədii özfəaliyyət dərnəkləri açılacaq, mədəniyyət, idman və digər sahələrlə əlaqədar tədbirlər təşkil olunacaq, muzeylərə, qədim tarixi mədəniyyət abidələrinə ekskursiyalar ediləcək, milli bayramlarımız qeyd olunacaq, Azərbaycan tarixinin qanlı, faciəli günləri və onların qurbanları yad ediləcəkdir.
“Elmira” Azərbaycan - İspan Qardaşlıq Cəmiyyəti bu ölkədə fəaliyyət göstərən digər Azərbaycan icmaları, eləcə də başqa xalqların diaspor təşkilatları ilə əlaqələr quracaqdır. Gələcəkdə Azərbaycan və İspan dili kurslarının açılması, Azərbaycan tarixi və mədəniyyətinin təbliği ilə bağlı seminarların keçirilməsi də nəzərdə tutulmuşdur.
Ətraflı məlumat almaq üçün bu e-mail vasitəsilə əlaqə saxlamaq olar: mail: [email protected]
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]