İTALİYADA “AZƏRBAYCAN - İPƏK YOLU ÜZƏRİNDƏ QƏDİM TORPAQ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
Tədbiri universitetin rektoru xanım Stefania Giannini açaraq, Azərbaycan və İtaliya arasındakı mövcud yüksək səviyyəli əməkdaşlıqdan danışmışdır. İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədri Zaur Fərhadov Azərbaycanın tarixindən, zəngin mədəniyyətindən, musiqisindən söz açmış, ölkəmizdə son illər əldə edilmiş sosial-iqtisadi uğurlar haqqında məlumat vermişdir.
Universitetin azərbaycanlı tələbələri Nizami Gəncəvinin “Xəmsə”si və Qurban Səidin (Əsəd bəy) “Əli və Nino” əsəri barədə məruzə etmişlər.
Universitetin müəllim və tələbə heyətinin, şəhərin ictimai, elm, təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyi tədbirin sonunda qonaqlara Azərbaycan şirniyyatları təqdim olunmuş, milli musiqi nümunələrimiz səsləndirilmiş, həmçinin azərbaycanlı tələbələr milli rəqslərimizi ifa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]