İyunda havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaqdır
Bakı, 31 may (AZƏRTAC). İyunda havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə normadan 1 dərəcə yuxarı olacaq, yağıntının səviyyəsi bütövlükdə ölkə üzrə qeyri-bərabər paylanacaq, bəzi yerlərdə normadan yuxarı olacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 22-24 dərəcə (gecə 16-20, gündüz 23-28 dərəcə isti, bəzi günlərdə temperatur 35 dərəcəyədək yüksələcəkdir) təşkil edəcək, yağıntının səviyyəsi normaya uyğun (4-12 mm), bəzi yerlərdə normadan yüksək olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 22-24 dərəcə isti (gecə 14-19 dərəcə isti, gündüz 24-29 dərəcə isti, bəzi günlərdə 36 dərəcəyədək yüksələcəkdir), yağıntının səviyyəsi norma həddində (21-35 mm) olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperatur iqlim normasından 1 dərəcə aşağı, 9-11 dərəcə isti (gecə 8-13 dərəcə isti, gündüz 17-22 dərəcə isti, bəzi günlərdə isə 29 dərəcəyədək artacaq), yağıntının miqdarı normaya uyğun (86-130 mm) olacaq, bəzi yerlərdə normadan yüksək olacaqdır.
Qazax-Gəncə, Ağdam -Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 21-23 dərəcə isti (gecə 13-18 dərəcə, gündüz 24-28 dərəcə isti, bəzi günlərdə 35 dərəcəyədək artacaqdır), yağıntının səviyyəsi normaya yaxın (46-63 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperatur 20-23 dərəcə isti (gecə 11-16 dərəcə isti, gündüz 20-25 dərəcə isti, bəzi günlərdə 32 dərəcəyədək yüksələcək), yağıntının səviyyəsi normaya yaxın (18-179 mm), bəzi yerlərdə normadan yüksək olacaqdır.
Mərkəzi-Aran rayonlarında orta aylıq temperatur 24-26 dərəcə isti (gecə 16-21 dərəcə, gündüz 25-30 dərəcə isti, bəzən günlərdə 37 dərəcəyədək yüksələcək), yağıntının səviyyəsi normaya yaxın (12-50 mm), ayrı-ayrı yerlərdə normadan yuxarı olacaqdır.
Masallı-Lənkəran-Astara zonasında orta aylıq temperatur 22-24 dərəcə (gecə 13-18 dərəcə, gündüz 23-28 dərəcə isti, bəzi günlərdə 35 dərəcəyədək yüksələcək), yağıntının səviyyəsi normaya yaxın (29-47 mm), bəzi yerlərdə normadan yuxarı olacaqdır.