İyunun 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu olacaqdır. Yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti təşkil edəcəkdir.
Bakıda gecə 16-18° isti, gündüz 25-27° isti olacaqdır.
Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcəkdir.
Nisbi rütubət gecə 70-75, gündüz 45-55 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 25-30° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 16-21° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-
Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-27° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,
İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 21-26° isti təşkil edəcək, dağlarda gecə 8-13° isti, gündüz 14-19° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir,
İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-27° isti təşkil edəcək, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaqdır.