İyunun 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu olacaqdır, əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 15-19°, gündüz 23-28° isti təşkil edəcəkdir.
Bakıda gecə 17-19°, gündüz 25-27° isti olacaqdır.
Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə 70-75, gündüz 45-55 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 12-17°, gündüz 25-30° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 8-13°, gündüz 14-19° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 14-18°, gündüz 21-26° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 12-17°, gündüz 20-25° isti təşkil edəcək, dağlarda gecə 7-12°, gündüz 14-19° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 15-20°, gündüz 25-30° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 15-19°, gündüz 22-27° isti təşkil edəcək, dağlarda gecə 10-14°, gündüz 17-22° isti olacaqdır.