İyunun 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 21-26° isti təşkil edəcəkdir.
Bakıda gecə 16-18° isti, gündüz 23-25° isti olacaqdır.
Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcəkdir.
Nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında
gündüz əsasən yağmursuz keçəcəkdir. Səhər saatlarında duman olacaqdır. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti təşkil edəcək, dağlarda gecə 8-12° isti, gündüz 16-21° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 29-34° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ bölgəsi
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 16-21° isti təşkil edəcəkdir.
Qazax-Gəncə bölgəsi
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər zəif duman olacaqdır.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti təşkil edəcəkdir.
Böyük Qafqaz bölgəsi
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaqdır.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-28° isti təşkil edəcək, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaqdır.
Mərkəzi Aran bölgəsi
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı var.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 27-32° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Dağlarda duman olacaqdır. Gündüz əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-29° isti təşkil edəcək, dağlarda gecə 9-14° isti, gündüz 19-24° isti olacaqdır.