İyunun 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-28° isti təşkil edəcəkdir.
Bakıda gecə 16-18° isti, gündüz 26-28° isti olacaqdır.
Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 29-34° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı,
qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 25-30° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti təşkil edəcək, dağlarda gecə 7-12° isti,
gündüz 15-20° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır. Lakin axşam bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 26-31° isti təşkil edəcək, dağlarda gecə 9-14° isti,
gündüz 19-24° isti olacaqdır.