KANADA AZƏRBAYCAN ASSOSİASİYALARI ASSAMBLEYASI TƏSİS EDİLMİSDİR
Əvvəlcə Kanadadakı Azərbaycan diasporunun real vəziyyəti, nailiyyətlər və mövcud problemlər muzakirə olunmuş, müvafiq qərar qəbul edilmişdir.
Toplantı iştirakçıları Azərbaycan həqiqətlərinin, o cümlədən Vətənimizə qarşı erməni təcavüzünün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin mövqeyinin və dövlətimizin xarici siyasətinin beynəlxalq qurumlar səviyyəsində dəstəklənməsi, azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin gücləndirilməsi və Kanadanın ictimai-siyasi həyatında fəal iştirakını təmin etmək məqsədi ilə Kanada Azərbaycan Assosiasiyaları Assambleyasını (KAAA) təsis etmişlər.
Assambleyanın nizamnaməsinin hazırlanması, onun dovlət qeydiyyatına alınması və 2007-ci ilin yanvarında ilk qurultayının keçirilməsi ilə əlaqədar 3 işçi qrupu yaradılmışdır.
Assambleyanın prezidenti vəzifəsinin dövri xarakter daşıması və quruma hər il bir təşkilatın rəhbərlik etməsi nizamnamənin əsas müddəalarından biri kimi qeyd edilmişdir.