Kir Starmerin mülklərində törədilən yanğınlarla bağlı üçüncü şəxs saxlanılıb
London, 20 may, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmerin şəxsi mülklərində törədilən yanğınlarla bağlı üçüncü şəxs də saxlanılıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, 34 yaşlı şübhəli şəxs bazar ertəsi səhər saatlarında Londonun cənub-qərbində yerləşən Çelsi bölgəsində tutulub. Ona qarşı insan həyatını təhlükəyə atmaq məqsədilə qəsdən yanğın törətmək üçün sui-qəsd ittihamı irəli sürülüb.
Bu hadisə ilə bağlı bundan əvvəl daha iki nəfər saxlanılmışdı. Yanğınlar “Kentish Town” ərazisində avtomobilin yanması, Baş nazirin həmin küçədə yerləşən şəxsi evində baş vermiş yanğın və onun daha əvvəl yaşadığı digər ünvanda qeydə alınan hadisə olmaqla üç ayrı insidenti əhatə edir.
Ötən həftə 26 yaşlı başqa bir şəxs də Luton hava limanında eyni ittihamla saxlanılmışdı.
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:31]
Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib
- 01.10.2026 [15:29]
Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma
- 01.10.2026 [14:46]
Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb
- 01.10.2026 [14:35]
İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib
- 01.10.2026 [14:33]