Kiyevdə Ukraynanın Azərbaycan diasporunun III forumu keçiriləcəkdir
Kiyev, 19 may (AZƏRTAC). Mayın 21-də Kiyevdə “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” (UABD) Ümumukrayna İctimai Təşkilatı “Müasir Ukrayna: dövlətin inkişafında Azərbaycan diasporunun rolu və yeri” adlı III Ümumukrayna forumu keçirəcəkdir. Bu barədə AZƏRTAC-a UABD-nin mətbuat xidmətindən məlumat vermişlər.
Tədbir “President hotel” mehmanxanasının “Avropa” konfrans zalında təşkil olunacaqdır.
Forumda səfirliyimizin əməkdaşları, Azərbaycanın və Ukraynanın görkəmli ictimai-siyasi xadimləri, Azərbaycan diasporu Alimlər Şurasının üzvləri, UABD-nin regional təşkilatlarının rəhbərləri və nümayəndələri, biznesmenlər iştirak edəcəklər.
Tədbirdə Ukraynadakı Azərbaycan diasporunun aktual məsələləri və perspektivləri müzakirə olunacaqdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]