Krımın Azərbaycanlılar İcmasının üzvləri türk əsgərlərinin memorialını ziyarət etmişlər
Bakı, 13 may (AZƏRTAC). Krımın Azərbaycanlılar İcmasının üzvləri türk əsgərlərinin xatirəsinə Sevastopolda ucaldılmış abidəni ziyarət etmişlər.
Bu barədə AZƏRTAC-a Krımın Azərbaycanlılar İcmasının rəhbəri Rəhim Hümbətov məlumat vermişdir.
Sevastopoldakı monument Krım müharibəsi dövründə (1853-1856-cı illər) həlak olmuş Osmanlı İmperiyası əsgərlərinin xatirəsinə ehtiram əlaməti kimi ucaldılmışdır. Krımda yaşayan azərbaycanlılar abidənin önünə tər-çiçəklər qoymuş, həlak olanların ruhuna dualar oxumuşlar.
Rəhim Hümbətov demişdir: “Türkiyə buradan uzaq olsa da, biz - azərbaycanlılar buradayıq. Biz həlak olmuş türk qardaşlarımızın şərəfinə ucaldılmış bu abidəni müntəzəm ziyarət edəcəyik, abidə önünə tər-çiçəklər qoyulması mərasimi ənənəyə çevriləcəkdir”.
Xatırladaq ki, Sevastopol şəhərində bu memorialın ucaldılması Türkiyənin vəsaiti hesabına həyata keçirilmişdir. Memoriala asfalt yol çəkilmiş, ətraf ərazi abadlaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]