Kür çayında sahilbərkitmə işləri aparılır
Zərdab, 3 iyun (AZƏRTAC). Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində sahilbərkitmə işləri başa çatmaq üzrədir. Bu proses başa çatdıqdan sonra rayonun Kürqırağı ərazilərində yerləşən 23 kənd daşqın təhlükəsindən xilas olacaqdır.
AZƏRTAC xəbər verir ki, 60,7 kilometr məsafəni əhatə edən sahilbərkitmə işlərinə bu ilin əvvəllərindən başlanılmışdır. Bu işlərə 13 tikinti şirkəti, 233 ədəd texinika və 300 işçi cəlb olunmuşdur. Kənardan torpaq daşınmaqla sahil bəndlərinin eni 4 metr artırılaraq 5-8 metrə çatdırılmış, hündürlüyü isə daha 1-1,5 metr qaldırılmışdır.
Hazırda bəndin ən təhlükəli ərazisi olan Sarıqaya kəndi istiqamətindəki hissəsi torpaq işlərindən sonra beton məmulatlarla bərkidilir. Bu iş bənddə torpağın yuyulmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]