Latviyanın televiziya personajı Tofiq Azərbaycan bazar günü məktəbinin qonağı olmuşdur
Riqa, 8 aprel (AZƏRTAC). Latviyanın 3+ telekanalında “Tofiq latış dilini öyrədir” adlı veriliş yayımlanır. Şən zarafat, yumor və əyləncə dolu bu veriliş balaca tamaşaçılara və onların ailələrinə latış dilini öyrənməkdə kömək edir. Tofiq- riqalı aktyor tərəfindən yaradılan məşhur televiziya personajıdır. İlk dəfə ekranlarda 1993-cü ildə görünmüşdür.
Bu dəfə Tofiq “Ocaq” Azərbaycan mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan bazar günü məktəbində olmuşdur.
Bazar günü məktəbinin direktoru, uşaqlarda doğma Vətənə məhəbbət və hörmət hissi aşılayan Günay Əliyeva Azərbaycan dilində dərs keçmiş, uşaqlar isə Tofiqə özləri barəsində latış dilində danışmışlar.
Məktəblilər Azərbaycanın dövlət himnini, “Güləbətin” xalq mahnısını ifa etmiş, Tofiq üçün “Dəyirman” xalq oyununu göstərmişlər.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]