LONDONDA NƏŞR OLUNAN “ARAZ” QƏZETİ OXUCULARA YENİ RUBRİKA TƏQDİM ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Londonda nəşr olunan “Araz” qəzetinin növbəti sayı işıq üzü görmüşdür. Oxucular, qəzetin bu sayında FASE London forumunun nəticələri, Azərbaycan Evinin açılışı, təşkilatın proqramı və fəaliyyəti, Londonda ikinci Azərbaycan qəzetinin nəşrə başlaması, Britaniyada türk icmaları forumunun yaradılması və s. maraqlı xəbərlərlə tanış ola bilərlər.
Bundan başqa, bu saydan etibarən “Araz” qəzeti hər nömrəsində Britaniyada məskunlaşmış bir azərbaycanlı ailəsinin evində QONAQ (səhifənin adı belədir) olacaq və onların yaşam tərzi, düşüncələri, Azərbaycana olan münasibəti ilə oxucuları tanış edəcəkdir. Qəzetin qonaq olduğu ilk azərbaycanlı ailə isə Londonda yaşayan Məryəm və Məhərrəm Əliyevlər ailəsidir.
“Araz” qəzeti Londonda 2006-cı ildən nəşr olunur və gələcəkdə daha yeni və fərqli layihələri oxucuların nəzərinə çatdırmağı planlaşdırır.
Abunə olmaq istəyənlər [email protected] elektron ünvanına müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]