Macar bəstəkar Bela Bartokun 140 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 2-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda məşhur macar bəstəkarı Bela Bartokun 140 illik yubileyinə həsr edilmiş “Bela Bartok ili”nin açılış mərasimi keçiriləcək.
Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirdə təşkilatın himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim ediləcək. “Dədə Qorqud” kamera orkestri türk dünyasının zəngin mədəniyyət və incəsənətini, xalq yaradıcılığını, dahi bəstəkarlarının əsərlərini beynəlxalq aləmdə tanıtmaq məqsədilə yaradılıb. Orkestrin bədii rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlovdur.
Tədbir pandemiya şəraitinə uyğun olaraq keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
- 15.10.2026 [12:41]
QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir
- 15.10.2026 [12:20]