Macarıstanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirmişdir
Budapeşt, 29 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə musiqili-əyləncəli gecə keçirmişdir. Tədbirin əvvəlində çıxış edən səfir Vilayət Quliyev son günlərini yaşamaqda olduğumuz ilin ölkəmizin və eləcə də Azərbaycanın Macarıstandakı Səfirliyinin həyatındakı yaddaqalan, əlamətdar hadisələri haqqında danışmış, iştirakçıları yeni il və həmrəylik günü münasibətilə təbrik etmişdir.
Musiqili-əyləncəli gecədə səfirlik əməkdaşları və onların ailə üzvləri, Budapeştdə yaşayan və təhsil alan həmvətənlərimiz, macar qonaqlar iştirak etmişlər. Tədbir çərçivəsində balacalar üçün yolka şənliyi düzəldilmiş, Azərbaycan haqqında viktorina keçirilmişdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt