Mahnı Teatrında “Xocalı” tamaşası nümayiş olunacaq
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 26-da R.Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət “Günay” Uşaq Studiyasının ifasında Xocalı faciəsinə həsr olunmuş “Xocalı” tamaşası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, faciə qurbanlarının xatirəsinə həsr olunmuş, maarifləndirmə, təbliğat xarakteri daşıyan tamaşaya giriş sərbəstdir.
Şair-publisist, Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilən tamaşanın rejissoru Larisa Tarusova, baletmeysteri Günəş Talıblıdır.