Marneuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə azərbaycanlının namizədliyi irəli sürülmüşdür
Marneuli, 23 may (AZƏRTAC). Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının rəhbərliyi ölkədə yerli özünüidarəetmə orqanlarına seçkilərlə əlaqədar Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonunda azərbaycanlılarla görüş keçirmişdir.
Görüşdə partiyanın liderlərindən - Gürcüstan parlamentinin sabiq sədri David Bakradze və Tbilisi şəhərinin sabiq meri Qiqi Uqulava iştirak etmişlər. Onlar seçkilərdə Marneuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə azərbaycanlı Əhməd İmanquliyevin namizədliyini irəli sürmüşlər.
Ə.İmanquliyevin rayonun problemlərini yaxşı bildiyini vurğulayan D.Bakradze demişdir ki, o, bu vəzifəyə seçildiyi halda həmin problemlərin yoluna qoyulması istiqamətində təsirli tədbirlər görüləcəkdir.
Ə.İmanquliyev rayonda suvarma və içməli su probleminin, kəndarası və mərkəzi yolların əsaslı təmirə ehtiyacı olduğunu qeyd etmişdir. Bildirmişdir ki, seçicilər onun namizədliyini dəstəkləyəcəkləri təqdirdə o, rayonun sosial-iqtisadi inkişafı naminə əlindən gələni əsirgəməyəcəkdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]