Marneulidə “Heydər Əliyev Gürcüstan gəncliyinin gözü ilə” mövzusunda konfrans keçirilmişdir
Marneuli, 11 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində “Heydər Əliyev Gürcüstan gəncliyinin gözü ilə” mövzusunda konfrans keçirilmişdir.
Gürcüstanın 5 ali məktəbində təhsil alan tələbələrin iştirakı ilə keçirilən konfransı Azərbaycanlıların Mədəniyyət Mərkəzi təşkil etmişdir.
Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva çıxışında ulu öndər Heydər Əliyevin zəngin irsinin hər bir gənc üçün böyük örnək olduğunu bildirmiş, azərbaycançılıq ideologiyasının, adət-ənənələrimizin, mədəniyyətimizin, tariximizin təbliğində gənclərin qarşısında duran vəzifələrdən söhbət açmışdır. O, Azərbaycan ilə yanaşı, Gürcüstanın da müstəqilliyinin möhkəmləndirilməsi işində, Ulu Öndərin ideyalarına sadiqlik, Gürcüstan cəmiyyətinə inteqrasiya, Gürcüstan-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi məsələlərində gəncləri fəal olmağa çağırmışdır. Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı barədə söhbət açan Nərgiz Əliyeva ölkələrimizin tarixi dostluğunun qorunmasında da gənclərin fəallığının gücləndirilməsinin vacibliyini vurğulamış və Heydər Əliyev fenomeninin dünya miqyasında qəbul edildiyini, Ümummilli Liderimizin zəngin həyat və fəaliyyətinin hər bir azərbaycanlının işıqlı gələcəyinin layiqli yolgöstəricisi olduğunu demişdir.
Müzakirələrdə tələbələr fəal iştirak etmiş, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin gənclərə örnək olduğunu vurğulamışlar.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.04.2025 [11:51]
Avropadakı Azərbaycan diasporu Ermənistanın mina terroruna etiraz edib
- 14.03.2025 [13:47]
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatıb
- 14.03.2025 [12:47]
Portuqaliyadakı Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib
- 25.02.2025 [14:18]
Kişineuda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
- 23.02.2025 [15:16]