Mədəniyyət və Turizm Nazirliyi bir sıra turizm şirkətlərinə lisenziyalar vermişdir
Bakı, 6 noyabr (AZƏRTAC). Azərbaycan Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar”a və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq bu ilin oktyabr ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilmişdir:
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ötən ay Bakı şəhəri, Vidadi küçəsi, ev 80 ünvanında yerləşən “RVS Travel”, Bakı şəhəri, Sarabski küçəsi, 657-ci məhəllə, ev 45 “A” ünvanındakı “Qarant Tour” MMC-lər, həmçinin Bakı şəhəri, Azadlıq prospekti, 56 ünvanında yerləşən “Bakı Travel-Tourism” və Bakı şəhəri, Nizami küçəsi, ev 135, mənzil 4 ünvanındakı “Millennium Turizm, Konqres DMC” MMC-lərin filialları turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar almışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]