“Məhəbbət əfsanəsi” baletinə quruluş verən məşhur rusiyalı xoreoqraf vəfat edib
Moskva, 19 may, AZƏRTAC
Rusiyalı xoreoqraf, SSRİ Xalq artisti Yuri Qriqoroviç 99 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, o, 30 ildən artıq müddətdə Bolşoy Teatrın balet truppasına rəhbərlik edərək dünya səhnəsinin qızıl fonduna daxil olan bir sıra görkəmli tamaşalara quruluş verib, sovet və rus balet tarixinin mərkəzi simalarından biri olub.
Onun əsas əsərlərindən biri görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletidir. Tamaşanın dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında - indiki Mariinski Teatrında baş tutub. Tamaşanın quruluşunda maestro Niyazi və rəssam Simon Virsaladze də iştirak ediblər.
Daha sonra - 1965-ci ildə Moskvada Bolşoy Teatrda “Məhəbbət əfsanəsi” tamaşaya qoyulub. 2014-cü ildə tamaşa Yuri Qriqoroviçin bərpa olunmuş orijinal quruluşu ilə teatrın tarixi səhnəsinə qayıdıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:29]
Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub
- 01.10.2026 [15:26]
Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu
- 01.10.2026 [14:17]
Respublika Gənclər Kitabxanasından alimin yubileyinə elektron töhfə
- 01.10.2026 [12:20]
Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO
- 01.10.2026 [00:07]
“Dədə Ələsgər Ocağı”nın yeni ofisi açılıb, 5 illik hesabatı təqdim olunub
- 30.09.2026 [22:28]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [20:39]