MƏMMƏD ƏLİYEV RUSİYA HÖKUMƏTİNİN MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, tanınmış onkoloq alim və həkim, Rusiya Dövlət mükafatı laureatı, əməkdar elm xadimi Məmməd Əliyevin elm və texnika sahəsində nailiyyətlərinə görə 2006-cı il RF hökumətinin mükafatına layiq görülmüşdür.
Professor, tibb elmləri doktoru, Rusiya Tibb Elmləri Akademiyasının (RTEA) müxbir üzvü Məmməd Əliyev Rusiya təbabətinin inkişafı sahəsində böyük xidmətləri vardır. Həmvətənimiz 7 ixtiranın və 6 səmərələşdirmə təklifinin, habelə dərc olunmuş 200-dən çox elmi işin, o cümlədən iki monoqrafiya və bir kitabın müəllifidir. Onun rəhbərliyi ilə 13 namizədlik və 6 doktorluq dissertasiyası müdafiə edilmişdir.
Hazırda Məmməd Əliyev RTEA-nın “N.N.Bloxin adına Rusiya onkoloji elmi mərkəzi” dövlət müəssisəsi direktorunun elmi işləri üzrə müavini, Moskva Elmi Tədqiqat Uşaq Onkologiyası İnstitutunun direktoru, habelə Ümumrusiya Azərbaycan Konqresinin prezidentidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]