Milli Kitabxanada Beynəlxalq Teatr Gününə həsr edilən sərgi açılıb
Bakı, 27 mart, AZƏRTAC
Milli Kitabxanada “27 Mart -Beynəlxalq Teatr Günü” adlı ənənəvi kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycanda teatr sənətinin qədim və zəngin tarixi, peşəkar teatrın inkişafı, səhnə fədailəri, ölkəmizdən xaricdə Azərbaycan teatrlarının mövcudluğu, Avropa, Amerika, Rusiya və bir çox başqa yerlərin məşhur teatrları, dünya teatr və kinosunun görkəmli aktyorları, rejissorları haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Beynəlxalq Teatr Günü münasibətilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edir. Bu ənənənin əsasını fransalı yazıçı Jan Kokto qoyub.
Bu il isə Beynəlxalq Teatr İnstitutu tərəfindən yunan rejissor, Beynəlxalq Teatr Olimpiadası Komitəsinin sədri Teodoros Terzopulos Beynəlxalq Teatr Günü mesajının müəllifi seçilib.
Bu gün, bir qayda olaraq, bayram tədbirləri, konsertlər, aktyorluq sənəti üzrə ustad dərsləri, xeyriyyə tamaşaları, yeni əsərlərin premyeraları, istedadlı sənətkarlarla görüşlər təşkil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:06]
Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni
- 28.09.2026 [18:45]
“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti
- 28.09.2026 [17:02]
Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub
- 28.09.2026 [15:59]
Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır
- 28.09.2026 [14:53]
Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı
- 28.09.2026 [12:08]