Milli Məclisin nümayəndə heyəti GUAM PA-nın sessiyasında iştirak edəcək
Kişineu, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 27-28-də Moldova parlamentində GUAM Parlament Assambleyasının 11-ci sessiyası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycan, Ukrayna, Moldova və Gürcüstan parlamentinin nümayəndələri ilə yanaşı, Baltik Assambleyanın üzvləri də iştirak edəcəklər. Sessiyada Azərbaycanı nümayəndə heyətinin rəhbəri Azər Kərimli, Əli Məsimli, Rüstəm Mahmudov və Kənan Axundov təmsil edəcəklər.
Sentyabrın 27-də GUAM PA-nın və Baltik Assambleyanın Rəyasət Heyətinin büro və komissiya iclasları keçiriləcək. Sentyabrın 28-də isə GUAM PA-nın sessiyasının rəsmi açılışı olacaq.
Rəsmi açılışda Azərbaycan parlamentinin nümayəndə heyətinin rəhbəri Azər Kərimli də çıxış edəcək. Sessiyanın sonunda sənəd qəbul ediləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]