Misir xarici turistləri piramidalar ölkəsinə qaytarmaq istəyir
Qahirə, 22 fevral (AZƏRTAC). Misirin Turizm Nazirliyi turistləri piramidalar ölkəsinə qaytarmaq üçün tədbirlər görür. Turizm naziri Hişam Zaauza Misirin “Əl-Əhram” qəzetinə bildirmişdir ki, belə tədbirlərdən biri xarici bazarlarda reklam kampaniyasının təşkil edilməsi, o cümlədən ölkənin imicini yaxşılaşdırmaq və piramidalar diyarında təhlükəsiz vəziyyəti bərqərar etmək məqsədi ilə xüsusi informasiya kanalının işə salınmasıdır. Bundan başqa, qonaqları ölkənin təhlükəsizliyinə əmin etmək üçün yerli hakimiyyət orqanları dünyanın müxtəlif şəhərlərində böyük ekranlar quraşdıra bilər ki, bu ekranlarda Misirdə baş verən hadisələr translyasiya olunsun.
Məqalədə deyilir ki, 2011-ci ilin yanvarında “ərəb baharı” başlanandan ölkə büdcəsinin əsas maddələrindən biri olan turizm sənayesi təqribən 2,5 milyard itirmişdir. Qeyd olunur ki, keçən il Misirə 11,5 milyon turist gəlmiş, ölkəyə 10 milyard gəlir gətirmişdir. 2010-cu ildə bu ölkədə 14,7 milyon adam dincəlmişdir ki, bunun da sayəsində Misir xəzinəsinə 12,5 milyard dollar daxil olmuşdur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]