MİXAİL SAVÇENKO: AZƏRBAYCAN DİASPORU MURMANSKDA APARICI ROL OYNAYIR
Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) Murmansk şöbəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Murmansk şəhərinin meri Mixail Savçenko Azərbaycan diasporunu və onun timsalında bütün Azərbaycan xalqını qarşıdan Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik etmişdir.
M.Savçenko demişdir ki, Murmanskda Azərbaycan diasporu çox böyük qüvvədir və onunla xüsusi münasibətlər qurulur. Diaspor nümayəndələrinin biznes fəallığı sayəsində Murmanskda ərzaq və qeyri-ərzaq mallarının qiymətləri Sankt-Peterburqdakı müvafiq qiymətlərə yaxındır. Murmanskda “Ucuz tərəvəz məhsulları” adlı xüsusi proqram hazırlanmışdır. Bu proqramın həyata keçirilməsində ən fəal iştirak edən şirkətlərin rəhbərləri azərbaycanlılardır. Vilayətdəki supermarketlərin ən iri distribusiya şəbəkəsi olan “YevroRos”un rəhbəri də azərbaycanlı - Masallı rayonundan olan, 20 ildən artıq burada yaşayan Yuri Salayevdir. “YevroRos” Murmansk sakinlərini ucuz ərzaq malları ilə təmin etmək barədə proqramda nəzərdə tutulan təklifə qoşulmuş yeganə şirkətdir. Çox xoşagələn haldır ki, bu məsələnin həllində kömək təşəbbüsünü onlar özləri irəli sürmüşlər. Bu insanlar xüsusi dəvət gözləmədən özləri xeyirxah işlərlə məşğuldurlar. Bu mənada şəhərimizdə çox xoş ab-hava yaranmışdır və Azərbaycan diasporu burada aparıcı rol oynayır.
M.Savçenko daha sonra demişdir: “Murmanskın Azərbaycan diasporunu Həmrəylik günü münasibətilə təbrik edirəm və yeni, 2009-cu ildə bütün Azərbaycan xalqına firavanlıq arzulayıram”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]