MOSKVA HÖKUMƏTİ MİQRANTLARIN UÇOTUNU MƏNZİL SEKTORU VASİTƏSİLƏ APARMAĞI TƏKLİF EDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskva hökuməti 2007-ci il yanvarın 15-də qüvvəyə minən miqrantlar haqqında federal qanunun sadələşdirilməsi ilə əlaqədar normativ aktların qəbul edilməsinin zəruriliyi barədə bir sıra müraciətlər hazırlamışdır. Məsələn, miqrantların uçotunu Rusiya paytaxtının mənzil sektoru sistemi vasitəsilə aparmaq təklif olunur. Evlərini miqrantlara icarəyə verən vətəndaşların da məsuliyyətini artıran federal qanunvericiliyə düzəlişlər etmək təklif olunur. Yəni, əcnəbiləri işə götürən sahibkarlar üçün olduğu kimi, bu vətəndaşlar üçün də cərimə məbləği müəyyən ediləcəkdir. Xatırladaq ki, işəgötürənlər üçün bu cərimə 500-800 min rubldur.
Moskva meri Yuri Lujkov əmindir ki, bu cür tədbirlər paytaxtda nizam-intizam yaradacaqdır. Onun sözlərinə görə, söhbət nənələrin işçilərə otaq verməsinin qadağan edilməsindən deyil, onların yaşadığı yerdə məcburi qeydiyyata alınmasından gedir. Y.Lujkov demişdir ki, bu qeydiyyat Moskvada işləyən əcnəbilərin dəqiq ucotunu aparmağa imkan yaradacaqdır. Lujkov demişdir: “Əgər kimsə gəlib evdə yaşayır və kommunal xidmətlərdən istifadə edirsə, onların haqqını ödəmək lazımdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]
Tarixi Darvin Kollecində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir
- 19.05.2026 [16:24]