Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə test imtahanı mərhələsinin tarixləri şəxsi səhifələrə göndərilib
Bakı, 1 iyul, AZƏRTAC
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron ərizəsi qəbul edilmiş namizədlərin şəxsi səhifələrinə müsabiqənin keçiriləcəyi tarix və imtahan mərkəzi barədə məlumatlar göndərilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, növbəti tədris ili üçün keçiriləcək müsabiqədə 59 min 171 namizədin elektron ərizəsi qəbul edilib. Onlardan 18 nəfəri ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslərdir. Onlar qiymətləndirmə nəticələrinə uyğun olaraq müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər.
Müsabiqənin test imtahanı mərhələsində iştirak üçün 59 min 153 namizədə dəvət göndərilib. İmtahanda iştirak edəcək namizədlərin şəxsi səhifələrində qeyd olunan təlimatla tanış olmağı tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]
Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb
- 15.10.2026 [15:49]
Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib
- 15.10.2026 [15:42]