Murmansk vilayətində “Dostluq festivalı” adlı milli mədəniyyətlər bayramı keçiriləcəkdir
Bakı, 24 yanvar (AZƏRTAC). Rusiyada Mədəniyyət İli çərçivəsində yanvarın 26-da Murmansk Vilayət Mədəniyyət və Xalq Yaradıcılığı Sarayında VIII “Dostluq festivalı” adlı milli mədəniyyətlər bayramı keçiriləcəkdir.
Bayram şənliyinin proqramına dekorativ-tətbiqi sənət sərgisi və konsert daxildir. Tədbirdə yaradıcı folklor kollektivləri, etnik-mədəni birliklər və qruplar, ənənəvi xalq mədəniyyətinin qorunub saxlanması və dirçəldilməsi ilə məşğul olan milli-mədəni birliklərin kollektivləri, habelə Murmansk vilayətində yaşayan və öz doğma xalqının etnik-mədəni ənənələrini qoruyub saxlayan milli diasporların nümayəndələri iştirak edəcəklər.
“Ümumrusiya Azərbaycanlılar Konqresi” (ÜAK) Murmansk vilayət bölməsinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, bayram çərçivəsində keçirilən sərgidə müxtəlif milli məişət əşyaları və dekorativ tətbiqi yaradıcılıq məmulatları nümayiş etdiriləcəkdir. Bayramda maraqlı yaradıcı çıxışlar gözlənilir.
Qeyd etmək lazımdır ki, dostluq bayramında həmvətənlərimiz, ÜAK-ın Mərkəzi Şurasının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin Murmansk bölməsinin fəal nümayəndələri də iştirak edəcəklər. Festivalda ÜAK-ın Murmansk bölməsi yanında fəaliyyət göstərən “Şərq incisi” xalq mahnı və rəqs ansamblının çıxışı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]