Murmanska Novruz gəlir, yaz gəlir...
Bakı, 14 mart (AZƏRTAC). Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Murmansk vilayət şöbəsinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, martın 22-də Murmanskdakı “Laplandiya” yaradıcılıq mərkəzində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçiriləcəkdir.
ÜAK-nın Murmansk şöbəsi konsert proqramı hazırlayır.
Qeyd etmək lazımdır ki, bayram tədbirləri “Şərq incisi” Azərbaycan özfəaliyyət ansamblının, tanınmış Azərbaycan ulduzlarının - öz həmvətənləri, habelə müxtəlif xalqların nümayəndələri qarşısında çıxış etmək üçün Murmanska dəvət olunmuş musiqiçilərin konsert proqramı ilə davam etdiriləcəkdir.
Murmansk İctimai Palatasının üzvü və ÜAK-nın Murmansk vilayət şöbəsinin sədri Afil Hüseynov AZƏRTAC-a müsahibəsində demişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Novruz bayramı dövlət səviyyəsində qeyd olunmağa başlamışdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın göstərdiyi səylər sayəsində 2009-cu ildə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında 21 mart günü “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Azərbaycandan başqa, bu bayramı İran, Əfqanıstan, Tacikistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqları təntənə ilə qeyd edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]