Murmanskda Azərbaycan stendinin nümayiş etdirildiyi “Çoxmillətli Murman” sərgisi açılmışdır
Bakı, 6 mart (AZƏRTAC). Murmansk vilayət diyarşünaslıq muzeyində “Çoxmillətli Murman” sərgisi açılmışdır. Sərgiyə təqribən iyirmi milli-mədəni birlik öz xalqının mədəniyyətindən, adət-ənənələrindən bəhs edən fotoşəkillər və milli geyimlər təqdim etmişdir.
“Ümumrusiya Azərbaycanlıları Konqresi” (ÜAK) ictimai təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Murmansk regional şöbəsinin mətbuat xidmətinin rəhbəri Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, sərgidə Azərbaycana həsr olunmuş stend yaradılmışdır. ÜAK-ın Murmansk şöbəsinin hazırladığı bu stenddə ölkəmizin dinamik iqtisadi inkişafını əks etdirən fotoşəkillər, Azərbaycan xalqının adət və ənənələrindən bəhs edən eksponatlar yerləşdirilmişdir.
Murmansk vilayətində 25 mindən çox azərbaycanlı yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]