Murmanskda Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi qeyd olunmuşdur
Bakı, 13 fevral (AZƏRTAC). Murmanskda Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Rusiya Federasiyasının Murmansk vilayəti İctimai Palatasının üzvü, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Murmansk regional bölməsinin sədri Afil Hüseynov Azərbaycanın görkəmli siyasi xadiminin, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən birinin parlaq həyat yolundan və elmi fəaliyyətindən söz açmışdır.
ÜAK-ın Murmansk bölməsinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, yubiley tədbirində milli diasporların nümayəndələri, jurnalistlər, ictimai xadimlər və İctimai Palatanın üzvləri iştirak etmişlər.
Tədbir çərçivəsində “Məhəmməd Əmin Rəsulzadə-130: Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı sərgi təşkil edilmişdir. Sərgidə Azərbaycan və məşhur azərbaycanlılar haqqında kitablar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]