Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda sahibkarlarla işgüzar görüş keçirilib

Naxçıvan, 10 fevral, AZƏRTAC

Fevralın 10-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında sabitlik yaradılıb, iqtisadiyyat şaxələndirilib, biznes mühiti təkmilləşdirilib, sahibkarlığın inkişafı ilə bağlı əsaslı tədbirlər həyata keçirilib və bu gün də bu istiqamətdə tədbirlər davam etdirilir. Cari il yanvarın 26-da Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr bir daha təsdiq etdi ki, sahibkarlığın inkişafı, özəl bölmədə məhsul istehsalının həcminin artırılması bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.

Ali Məclisin Sədri deyib: Muxtar respublikamızda da özəl sektorun inkişafı diqqət mərkəzindədir. Sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Təkcə 2015-ci il ərzində muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafına 38 milyon manatdan çox vəsait yönəldilib. Bunun 11 milyon 289 min manatı Sahibkarlığa Kömək Fondunun xətti ilə güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi kimi verilən kreditlərdir. Bütün bunlar sahibkarlığın inkişafına öz təsirini göstərmiş, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 87 faiz olmuşdur. Qəbul olunmuş dövlət proqramlarının icrası da sahibkarlığın inkişafına öz töhfəsini vermişdir. Sahibkarlar tərəfindən yeni istehsal sahələri, iş yerləri yaradılmış, məşğulluq təmin olunmuşdur. Yeni istehsal və emal sahələrinin sayının artması nəticəsində bu gün muxtar respublikada 361 növdə məhsul istehsal olunur. Əhalinin 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla 343 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Qeyd olunanlar iqtisadi sahədə son illər qazanılmış nailiyyətləri əks etdirən mühüm göstəricilərdir. Lakin ölkə Prezidentinin də qeyd etdiyi kimi, “Yeni dövr yeni vəziyyət, yeni yanaşmalar tələb edir. Ona görə də indiki şəraitdə sahibkarlıq daha da genişləndirilməli, sahibkarlara daha yaxşı şərait yaradılmalı, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir”.

Yerli istehsalın inkişafı daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın aradan qaldırılmasında mühüm rol oynayır. İqtisadiyyat Nazirliyi yerli xammala əsaslanan, əhali tələbatının dolğun şəkildə ödənilməsinə imkan verən istehsal müəssisələrinin yaradılmasını bundan sonra da davam etdirməlidir. İstehsal olunan məhsulların xarici amillərdən asılılıq səviyyəsi müəyyənləşdirilməli, bunun aradan qaldırılması yolları araşdırılmalıdır. Daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, xarici bazarlara çıxış imkanları da araşdırılmalıdır. İxracyönümlü məhsul istehsal edən sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmaq, onların xarici bazarlara çıxış imkanlarını asanlaşdırmaq lazımdır. Eyni zamanda, sahibkarlıq subyektləri də gözləmə mövqeyində dayanmamalı, öz məhsullarının muxtar respublikadan kənarda satışının təşkili məqsədilə marketinq araşdırmaları aparmalı, bu məhsulların təbliği üçün internet resursları və kütləvi informasiya vasitələrinin imkanlarından faydalanmalıdırlar. Ali Məclisin Sədri deyib ki, kənd təsərrüfatı və emal məhsullarının ixrac potensialının artırılmasına xüsusi diqqət yetirilməlidir. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri tələbatdan artıq məhsulun ixracı üçün işi gücləndirməlidirlər. Əhalinin alıcılıq qabiliyyəti qorunmalıdır. Bunun üçün istehlak qiymətlərinə nəzarət mexanizmi gücləndirilməli, müvafiq qurumlar tərəfindən süni qiymət artımına qarşı tədbirlər davam etdirilməlidir. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri, yerli icra hakimiyyəti orqanları yerli istehsal məhsullarının birbaşa istehsalçılar tərəfindən satışına nail olmalı, yarmarkaların təşkili cari ildə də davam etdirilməlidir. Daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması ilə yanaşı, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması məsələlərinə də diqqət artırılmalıdır. Dövlət Gömrük Komitəsi tərəfindən idxal olunan məhsulların keyfiyyətinə nəzarət gücləndirilməli, geni dəyişdirilmiş məhsulların muxtar respublikaya gətirilməsinin qarşısı alınmalıdır.

Qeyd olunub ki, muxtar respublika iqtisadiyyatında bankların aparıcı rolu təmin edilməlidir. İqtisadi cəhətdən sərfəli layihələrin icrasına dövlət maliyyə dəstəyi, yaxud sahibkarların şəxsi vəsaitlərindən əlavə bank kreditlərindən istifadə imkanları da artırılmalı və bunlar daha çox real sektorun inkişafına yönəldilməlidir. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi bununla bağlı konkret tədbirlər planına malik olmalıdır. Eyni zamanda, istər bank və kredit təşkilatları, istərsə də Sahibkarlığa Kömək Fondunun xətti ilə kreditlər verilərkən ehtiyac meyarları düzgün qiymətləndirilməli, maliyyə riskləri ciddi şəkildə araşdırılmalı, vəsaitlərin təyinatı üzrə və səmərəli istifadəsinə nəzarət gücləndirilməlidir.

Ali Məclisin Sədri inflyasiya əleyhinə tədbirlərin gücləndirilməsinin diqqət mərkəzində saxlanılmasının vacibliyini bildirərək deyib: Bunun təsirli vasitələrindən biri də dövriyyədə olan nağd pul kütləsinin həcminin azaldılmasıdır. Alıcı təşkilatlar, eləcə də sahibkarlıq subyektləri nağdsız əməliyyatlara üstünlük verməlidirlər. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi Vergilər Nazirliyi ilə birlikdə bu istiqamətdə işi gücləndirməli, fəaliyyətə başlayan hər bir sahibkarlıq subyekti üçün bank hesablarının aktiv olmasına diqqəti artırmalıdır. Bundan əlavə alğı-satqı əməliyyatlarında POS-terminallardan istifadə ilə bağlı tədbirlər gücləndirilməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluq məsələlərini ciddi nəzarətdə saxlamalı, dövlət orqanlarında və sahibkarlıq subyektlərindəki boş iş yerləri haqqında məlumatlar vaxtaşırı yenilənməlidir. Xüsusilə sahibkarlar, iş adamları bu məsələyə sosial məsuliyyət nöqteyi-nəzərindən yanaşmalı, işsiz vətəndaşların işə götürülməsi üçün əlavə iş yerlərinin yaradılması istiqamətində səylərini artırmalıdırlar. Yerli icra hakimiyyəti orqanları yeni istehsal müəssisələrinin açılması, iş yerlərinin yaradılması məqsədilə sahibkarları yeni layihələrin icrasına cəlb etməli, onların fəaliyyəti üçün zəruri şərait yaratmalıdırlar.

Qeyd olunub ki, sahibkarlar və iş adamları üçün əlverişli biznes mühitinin yaradılması məqsədilə mütəmadi olaraq vergi sistemində mütərəqqi islahatlar aparılır, məhsul istehsalçıları, xüsusilə aqrar sektorda çalışanlar üçün vergi güzəştləri tətbiq olunur. Vergi Məcəlləsində cari il yanvar ayının 1-dən qüvvəyə minən dəyişikliklər vergi yükünün əhəmiyyətli dərəcədə aşağı salınmasına, sahibkarlıq subyektlərinin sərəncamında daha çox sərbəst vəsaitin qalmasına xidmət edir. Dövlət sahibkarlığın inkişafına maraq göstərdiyi kimi, sahibkarlar da dövlətin qüdrətlənməsi naminə səylərini artırmalıdırlar. Çünki dövlət büdcəsi əsasən vergi daxilolmaları hesabına formalaşır. Bu xüsusat nəzərə alınaraq hər bir sahibkar milli mənafeni, xalqa, vətənə xidmət amalını diqqətdə saxlamalı, öhdəliklərini layiqincə yerinə yetirməlidir. Bunun üçün isə vergilər vaxtında ödənilməli, işçilər üçün normal iş şəraiti yaradılmalı, onlar işə yalnız əmək müqaviləsi ilə götürülməli, ödənilən əməkhaqqıları reallığı əks etdirməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanması vəziyyətinə nəzarəti artırmalıdırlar.

Ali Məclisin Sədri deyib: Ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatının rolu əvəzsizdir. Bu sektorun inkişafı üçün dövlət tərəfindən bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Aqrar sahədə məhsul istehsalçılarının 2019-cu ilədək torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi, fermerlərə satılan gübrəyə, yanacaq və motor yağlarına görə verilən subsidiyaların həcminin artırılması, “Aqrolizinq” xətti ilə gətirilən texnikaya yeni güzəştlərin tətbiqi və digər tədbirlər aqrar sahənin davamlı inkişafına hesablanıb. Bu, öz nəticəsini göstərməlidir. Əksər kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi təmin edilməli, ilk növbədə əkinəyararlı torpaq sahələrindən istifadəyə diqqət artırılmalıdır. Kənd Təsərrüfatı Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun əkilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması ilə əlaqədar tədbirlər görməlidirlər. Yeni texnologiyaların, mütərəqqi əkin və suvarma metodlarının tətbiqinə diqqət artırılmalı, əkin üçün keyfiyyətli, məhsuldar toxum sortlarından istifadə olunmalıdır. Əkilməyən boş torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması təmin edilməlidir. Yerli icra hakimiyyəti orqanları dövlət və bələdiyyə fondunda, həmçinin xüsusi mülkiyyətdə olan əkinəyararlı torpaqların istifadəsi ilə bağlı təhlillər aparmalı və sahibkarlara boş ərazilər haqqında məlumat verərək həmin ərazilərdən səmərəli istifadə üçün əlverişli şərait yaratmalıdırlar. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları istehsalçıları gübrə ilə vaxtında təchiz etməli, Kənd Təsərrüfatı Nazirliyi gübrələrdən normalara uyğun istifadə ilə bağlı maarifləndirici və nəzarət tədbirlərini artırmalıdır.

Bildirilib ki, mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş məhsulların soyuducu anbarlar tərəfindən alınması nəzarətdə olmalı, məhsul istehsalçıları ilə səmərəli əməkdaşlıq qurulmalıdır. Bu tədbirin təşkilinə İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları bilavasitə məsuliyyət daşıdıqlarını yadda saxlamalıdırlar. Muxtar respublikanın aqrar sektorunda məhsul istehsalı əsasən kiçik təsərrüfatlar tərəfindən həyata keçirilir. Lakin məhsuldarlığın artırılması və istehsal xərclərinin azaldılması üçün iri təsərrüfatların yaradılmasına da ehtiyac vardır. Belə təsərrüfatlarda son texnoloji nailiyyətlərə əsaslanan heyvandarlıq və quşçuluq komplekslərinin yaradılması diqqətdə saxlanmalıdır. Son illərin təcrübəsi göstərir ki, süni mayalanmanın tətbiqi heyvandarlığın inkişafında mühüm əhəmiyyətə malikdir. Ölkə başçısının ötən il imzaladığı sərəncamla süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın müəyyən olunması fermerlərin də bu sahəyə marağını artırıb. Dövlət Baytarlıq Xidməti süni mayalanmanın tətbiqini daha da genişləndirməli, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına nail olmalıdır. Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baş Sığorta Agentliyi ilə birlikdə məhsul istehsalçılarının risklərdən qorunması üçün əkin sahələrinin və mal-qaranın sığortalanması ilə bağlı maarifləndirmə işləri aparmalıdırlar.

Ali Məclisin Sədri deyib: Dövlət orqanları tərəfindən mal-materiallar alınarkən israfçılığa, izafi xərclərə yol verilməməli, əsasən yerli məhsullardan istifadə bir vətəndaş münasibəti formasını almalıdır. Yerli məhsullara üstünlük verilməsi öz növbəsində yerli istehsalın inkişafını dəstəkləməklə yanaşı, xərclərin azaldılmasına, məşğulluğun artırılmasına xidmət edəcəkdir. Bir sözlə, qarşıda bizi mühüm vəzifələr gözləyir. Bu vəzifələrin icrası, sahibkarlıq sahəsində fəaliyyətin genişləndirilməsi üçün hər cür imkan və şərait vardır. Ölkəmizdə, eləcə də muxtar respublikamızda iqtisadi islahatlar həyata keçirilir. Bunun əsas məqsədi sahibkarlıq strukturlarında fəaliyyəti gücləndirməklə iqtisadi qüdrətimizin artırılmasına, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına nail olmaqdır.

Ali Məclisin Sədri bu yolda hər kəsə uğurlar arzulayıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək deyib ki, muxtar respublikada sosial-iqtisadi inkişaf proqramlarının icrası iqtisadi potensialın artmasına, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. 2015-ci ildə muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 1,7 faiz artaraq 2 milyard 467 milyon 422 min manat təşkil edib. Görülən işlər ixracın həcminin artmasına da öz təsirini göstərib, 2015-ci ildə 316 milyon 797 min ABŞ dollarından artıq sənaye məhsulu ixrac olunub. Bu dövrdə aqrar sektorun çoxsahəli inkişafına da nail olunub, 402 milyon 992 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Famil Seyidov özəl sektorun inkişafına göstərilən diqqət və qayğıya görə muxtar respublika sahibkarları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

“Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Teymur Rzayev çıxış edərək deyib ki, iqtisadiyyatın sürətli inkişafı, dünyanın qabaqcıl texnologiyalarının muxtar respublikaya gətirilməsi və tətbiqinə şərait yaradılması, Sahibkarlığa Kömək Fondu tərəfindən kreditlərin verilməsi “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin də fəaliyyətini genişləndirib, cəmiyyətin müasir istehsal və emal müəssisələri yaradılıb. Hazırda müəssisənin tərkibinə gündəlik istehsal gücü 18 ton olan kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi, qovurulması və paketlənməsi, 7 ton qənd, 2,4 ton olan vafli, peçenye, biskvit və digər qənnadı məmulatları, 45 gündə 135 ton quş əti istehsalı, saatda 1500 baş toyuq kəsim sahələri fəaliyyət göstərir. Müəssisənin məhsulları daxili tələbatı ödəməklə yanaşı, İran və Gürcüstana da ixrac olunur, Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Çin, Hindistan, İran və digər ölkələrdən olan 50-dən artıq istehsalçı firma ilə əməkdaşlıq edilir.

Şərur rayonundakı Cəlilkənddə fəaliyyət göstərən çörək istehsalı sahəsinin sahibkarı Rüxsarə Ağayeva deyib ki, yaradılan yeni müəssisələrin əhalinin yerli məhsullara olan tələbatının ödənilməsindəki payı günü-gündən artırmaqdadır. Bütün bunlar isə sahibkarlığın inkişafına və əhalinin rifahının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Sahibkarlığın, o cümlədən kiçik biznesin inkişafı, yeni iş yerlərinin yaradılması məqsədilə məşğulluğun artırılması sahəsində həyata keçirilən uğurlu siyasət qadın sahibkarların da bu proseslərdə yaxından iştirakına şərait yaradıb. Muxtar respublikada həyata keçirilən geniş quruculuq tədbirlərində yaxından iştirak etmək və sosial-iqtisadi inkişafa töhfə vermək məqsədilə 2015-ci ildə Şərur rayonundakı Cəlilkənddə lavaş istehsalı müəssisəsi yaratmışıq. Dövlət qayğısından bəhrələnən bu müəssisəyə Sahibkarlığa Kömək Fondundan maliyyə dəstəyi göstərilib. Müəssisə yerləşdiyi kəndin və yaxın yaşayış məntəqələrinin tələbatını tam ödəyir.

Babək rayonu Nehrəm kəndində fəaliyyət göstərən fiziki şəxs Rafiq Əliyev çıxışında qeyd edib ki, muxtar respublikada güclü özəl sektor formalaşıb. Yaradılan münbit şəraitdən yararlanaraq 2015-ci ildə Babək rayonunun Nehrəm kəndində süd məhsullarının emalı müəssisəsinin fəaliyyətə başlamasına nail olmuşuq. Müəssisədə istehsal sahəsi ilə yanaşı, hazır məhsulların saxlanılması üçün soyuducu kamera da qurulub. Burada 750 qramlıq şüşə, 300 və 500 qramlıq, həmçinin 2 kiloqramlıq saxsı qablarda süd məhsullarının istehsalı həyata keçirilir. Avadanlıqların müasir texnologiyaya malik olması keyfiyyətli məhsul istehsalına imkan yaradıb. Müəssisənin yerli xammal əsasında fəaliyyət göstərməsi istehsal olunan məhsulların bazar qiymətlərinə uyğun satışının həyata keçirilməsinə imkan verir.

Sahibkarlar yaradılan şəraitə görə minnətdarlıq edib, muxtar respublikanın inkişafı və tərəqqisi naminə bundan sonra da əzmlə çalışacaqlarını, göstərilən etimadı doğruldacaqlarını bildiriblər.

Ali Məclisin Sədri 2016-cı ildə muxtar respublikada ixrac potensiallı müəssisələrin sayının artırılmasının vacibliyini bildirib, əl işlərinin və ixracyönümlü məhsulların internet kataloqunun hazırlanması, satışı və təşviqi, o cümlədən daxili bazarın təhlil olunması, qapalı müəssisələrin və xidmət sahələrinin tələbatının yerli istehsal hesabına ödənilməsi barədə tapşırıqlar verib, keyfiyyətli və ixrac potensiallı məhsullar istehsal edən sahibkarlara təşəkkür edib.

Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 7 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib. Bu kreditlər avtomobil şinlərinin yenidən emalı sahəsinin, quşçuluq, maldarlıq və heyvandarlıq təsərrüfatlarının yaradılmasına, dəri emalı sahəsinin fəaliyyətinin genişləndirilməsinə sərf olunacaqdır.

Tədbirdə 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş olunub.

Sonda Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxıb.

Sərgi salonunda 97 müəssisənin 136 növdə və 916 çeşiddə məhsulu, müxtəlif sənətkarlar tərəfindən hazırlanan əl işləri və rəsm əsərləri nümayiş olunurdu. Həmçinin burada Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi qoyulub. Bildirilib ki, muxtar respublikada dövlət maliyyə dəstəyi və sahibkarların şəxsi vəsaiti hesabına ötən il 63 istehsal və xidmət sahəsi yaradılıb. Hazırda muxtar respublikada kənd təsərrüfatı, metallurgiya, kimya, qida və emal sənayesi sahələri üzrə 24 istehsal, eləcə də 7 xidmət sahəsinin yaradılması istiqamətində işlər davam etdirilir.

Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillərə baxış zamanı bildirilib ki, zavodda tələbata uyğun, eləcə də sifariş əsasında 12 modeldə avtomobil istehsal olunur. Müasir təchizatı, dizaynı və interyeri ilə seçilən, avtomatik və mexaniki sürət qutusu ilə təchiz olunan minik avtomobilləri AVRO-5 standartlarına cavab verir. Bu da yerli tələbatı ödəməklə yanaşı, həm də ixrac potensialı yaradır. Rahat və keyfiyyətli olması, sərfəli kredit və münasib qiymətlərlə təklif edilməsi, eyni zamanda, ehtiyat hissələrinin satışının həyata keçirilməsi alıcıların bu avtomobillərə üstünlük verməsinin əsas səbəblərindəndir. Gələcəkdə müəssisədə tələbata uyğun olaraq yeni modellərin yığılmasına da başlanılacaqdır.

Ali Məclisin Sədri zavodda keyfiyyət amilinə ciddi diqqət yetirilməsi və avtomobillərin ehtiyat hissələrinin istehsalına başlanılması barədə tapşırıq verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa portalı ADEX-2026 sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib