Neftçalada 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Neftçala, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Neftçala şəhərindəki “Şəhidlər” abidə-kompleksinin önündə anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri abidə-kompleksinin önünə əklil və gül dəstələri düzərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə anmışlar. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Tədbir iştirakçıları Qanlı Yanvar günlərində Neftçala şəhərində şəhid olmuş Nurəddin Ağahüseynovun, Əbülfəz Cəfərovun və Şəmsəddin Orucovun məzarlarını ziyarət etmiş, rayon rəsm qalereyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş sərgiyə baxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]