OLİMPİYA OYUNLARINA DAHA İKİ LİSENZİYAMIZ VAR
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Beynəlxalq Üzgüçülük Federasiyası ölkəmizə 2004-cü ilin Olimpiya oyunlarında iştirak etmək hüququ verən iki vayt-kart ayırmağı qərara almışdır. Azərbaycanın Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, Üzgüçülük Federasiyasının hakimlər kollegiyası bu lizenziyaları Sergey Dyaçkova (sərbəst üsul, 100 metr) və Natalya Filinaya (brass,100 metr) vermişlər.
Beləliklə, həmin idmançılarla yanaşı, ölkəmizi Yunanıstanda 9 boksçu, 5 ağır atlet, 5 sərbəst güləşçi, 3 yunan-Roma güləşçisi, 3 cüdoçu, 2 taekvondoçu, bədii gimnastika, stend atıcılığı, güllə atıcılığı, yüngül atletika və qılıncoynatma növlərinin hərəsində bir idmançı təmsil edəcəklər.
Nazirlikdə həmçinin bildirmişlər ki, 2000-ci ilin Sidney Olimpiadasına 31 lisenziya qazanılmış və idmançılarımız səkkiz növdə yarışmışdılar, Afinada isə 34 olimpiyaçımız 12 növdə mükafatlar uğrunda mübarizə aparacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]