ÖZBƏKİSTANDA DAHA BİR AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Özbəkistanın Zərövşən vilayətində daha bir Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır. Bu münasibətlə keçirilən tədbirdə Zərövşən vilayəti rəhbərliyinin nümayəndələri, bu bölgədə fəaliyyət göstərən digər xalqların mədəniyyət mərkəzlərinin təmsilçiləri, eləcə də Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiyasiyasının sədri Akif Ağatalıbov iştirak etmişlər.
Tədbirdə çıxış edənlər Özbəkistandakı müxtəlif xalqların mədəniyyət mərkəzlərinin rolundan, məqsədlərindən, xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi sahəsində fəaliyyətindən danışmışlar.
Açılış mərasimində yeni mədəniyyət mərkəzinin məqsədi və fəaliyyəti barədə də ətraflı məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]