ÖZBƏKİSTANDAKI AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZLƏRİ ASSOSİASİYASININ İLLİK HESABAT YIĞINCAĞI OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının illik hesabat yığıncağı keçirilmiş, burada idarə heyətinin üzvləri, Beynəlmiləl Mədəniyyət Mərkəzinin rəhbərləri, diasporumuzun nümayəndələri iştirak etmişlər.
Assosiasiyanın sədri Akif Ağatalıbov 2006-cı ildə görülən işlər haqqında məlumat vermişdir.
Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədri Nəsrəddin Məhəmmədiyev Bakıda keçirilən Dünya Azərbaycanlılarının ikinci qurultayında qonaq kimi iştirakından danışaraq demişdir: “Belə qurultayların keçirilməsi bir daha sübut edir ki, Azərbaycan dövləti diasporla işə böyük diqqət yetirir. Azərbaycanda xarici ölkələrdə yaşayan azərbaycanlılarla işləyən Dövlət Komitəsi fəaliyyət göstərir və soydaşlarla işi bu qurum əlaqələndirir. Burada əyləşən Azərbaycanın və Özbəkistanın xalq artisti Firudin Səfərov, Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva həm özbək, həm də Azərbaycan xalqının fəxridir”.
Sonra Nəsibə Abdullayeva, Şövkət Əliyeva, Almaz Məcidova və başqaları çıxış edərək görüləcək işlərdən danışmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]